RU

İrandan Azərbaycana gələnlərin sayı məlum oldu

Bu ilin may ayında İran İslam Respublikasından Azərbaycana 17 787 turist səfər edib.

 

Bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 631 nəfər və ya 8,4% azdır.

 

Cari ilin yanvar-may ayı ərzində isə İrandan Azərbaycana 84 215 turist gəlib ki, bu da 2024-cü ilin ilk 5 ayına nisbətən 5 363 nəfər və ya 6% azalma deməkdir.

 

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin mayında Azərbaycana 244 079 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Məlumata görə, bu, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 808 nəfər və ya 2% çoxdur.

 

Bu ilin yanvar-may ayılarında isə Azərbaycana 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 408 nəfər və ya 1,5% çoxdur.

Tarix: 16 İyun 2025, 11:30   
Избранный
37
3
pravda.az

5Источники