RU

ABŞ ın Qərbi Virciniya ştatında daşqınlar nəticəsində 5 nəfər ölüb

ain.az, Operativ MM portalına istinadən məlumat verir.

ABŞ-ın Qərbi Virciniya ştatında güclü yağışın səbəb olduğu daşqınlarda 5 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.

Qərbi Virciniya qubernatoru Patrik Morrisi verdiyi açıqlamada sel fəlakəti nəticəsində 5 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə itkin düşdüyünü bildirib.

Morrisi bildirib ki, sel nəticəsində bəzi binalar dağılıb.

Səlahiyyətlilər itkin düşmüş şəxslərin axtarışlarının pilotsuz uçuş aparatları, axtarış-xilasetmə itləri və təcili yardım qruplarının dəstəyi ilə davam etdiyini bildirib.

Milli Meteoroloji Xidmət (NWS) insanların daşqınlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib və seldən zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət elan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
operativmm.az

2Источники