RU

Pakistanla Əfqanıstan sərhədində atışma: iki hərbçi həlak oldu

Pakistan və Əfqanıstan sərhədində yerləşən Kunar vilayətinin Şiqal rayonunda yerləşən Takt-e Xor ərazisində – “Dürand xətti”ndə baş vermiş silahlı qarşıdurma nəticəsində Əfqanıstanın iki hərbçisi həlak olub.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Khaama Press” məlumat yayıb.

Həlak olan hərbçilər Şir Ələm və Musi adlı şəxslərdir. Toqquşma Pakistan ordusunun bölgədə yeni nəzarət-buraxılış məntəqəsi qurmağa cəhd göstərməsi zamanı baş verib.

Qeyd edək ki, Dürand xətti – Əfqanıstan və Pakistan arasında demək olar ki, dəqiq müəyyən olunmamış, 2640 kilometrlik ehtimal edilən sərhəd xəttidir. Bu xətt iki ingilis-əfqan müharibəsi nəticəsində yaranıb; müharibələr zamanı Britaniya Hindistanının ərazisini genişləndirməyə çalışıb. Əfqanıstan bu sərhədi iki ölkə arasında rəsmi sərhəd kimi tanımır.

Избранный
19
2
konkret.az

3Источники