RU

BMT qətnaməsi ilə təsdiqlənən nüvə proqramına hücum əsaslandırıla bilməz – Bəqai

Bakı. Trend:

BMT əsasnaməsi çərçivəsində qətnamə ilə nüvə proqramınınqanuniliyi təsdiqlənən İranın nüvə obyektlərinə hücumlarəsaslandırıla bilməz.

Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün (16 iyun) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı BMT əsasnaməsinin 7-cimüddəası çərçivəsində qətnamə ilə qanuniliyi təsdiqlənən yeganənüvə proqramıdır. Belə bir dinc məqsədli nüvə proqramı özünün nüvəsilahları olan İsrail tərəfindən hücuma məruz qalıb. Bu addım NüvəSilahlarının Yayılmamasına dair Sazişə (NPT) və beynəlxalq hüquqatəhlükəli zərbədir.

Bəqai bildirib ki, hazırkı şəraitdə İranın Avropa ölkələri,xüsusilə Böyük Britaniya, Fransa və Almaniyadan təbii gözləntisiİsrailin hücumunun dayandırılması və İranın nüvə obyektləri,xüsusilə Nətənz nüvə obyektinə edilən hücumu açıq-aşkarqınanılmasıdır.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Məqalədə:
Избранный
34
az.trend.az

1Источники