RU

Gəncədə güclü külək ağacları aşırdı - FOTO

GƏNCƏ, 16 iyun. TELEQRAF

Gəncə şəhərində güclü külək bir sıra fəsadlara yol açıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki,əsən güclü külək şəhər ərazisində 5 iri gövdəli ağacı aşırıb.

Xoşbəxlikdən təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, qırılan ağaclar piyadaların və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə gecə saatlarından başlayaraq baş vermiş təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.

Избранный
31
3
teleqraf.com

4Источники