RU

“Qarabağ” Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olub

13 yaşadək futbolçulardan ibarət komandamız “Sozopol Cup 2025” turnirinin qalibi olub. “Qarabağ” Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.

Komanda bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran “Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Həlledici görüşdə qələbə qazanan komanda turnirin qalibi adına yiyələnib və kuboka sahib çıxıb.

Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan komanda yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.

Избранный
23
9
report.az

10Источники