RU

Azərbaycanın İsrail və İran arasında vasitəçiliyi faydalı ola bilər



"İsrail-İran qarşıdurmasının danışıqları yolu ilə həllinə nail olunması istiqamətində Azərbaycan tərəfinin vasitəçiliyi nəticə verə bilər. Bu istiqamətdə Azərbaycanın həm kifayət qədər təcrübəsi, həm də uğurlu xarici siyasət kursu var".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O deyib ki, indiki vəziyyətdə Azərbaycanın vasitəçiliyi hər iki tərəf, Tehran və Təl-Əviv üçün faydalı ola bilər:

"Çünki hər iki tərəfin bir-birinə qarşı raketlərdən, hava qüvvələrindən istifadə etməsi çoxsaylı insan tələfatına yol açır. Bu da istər-istəməz sadə kütlələrin İsrail və İran rəhbərliyinə qarşı etirazını artırır. Digər tərəfdənhəm İsrail, həm də İran güclü hərbi gücə malik olduqlarını deyirdi. Ancaq son 3 gün ərzində baş verənlər İranın daxilinə İsrailin sirayət etdiyini, İsrailin "Dəmir qübbə" sisteminin isə o qədər də etibarlı olmadığı görüntüsünü ortaya qoydu. Bu səbəbdən hər iki tərəfdə ciddi tələfatlar var və həm Təl-Əvivin, həm də Tehranın danışıqlara meyilli olduğu özünü büruzə verir:.

Arzuman Muradlı qeyd edib ki, Azərbaycan İranla yaxın qonşu, İsraillə isə ciddi münasibətlərə, hətta strateji tərəfdaşlığa xas əlaqələrə malikdir. İctimai birlik sədri hesab edir ki, bu baxımdan Bakının İsraillə İran arasında vasitəçiliyi faydalı ola bilər:

"Qeyd etdiyim kimi Azərbaycanın bu istiqamətdə təcrübəsi də var. Bakı bir neçə dəfə İsrail-Türkiyə danışıqlarının keçirilməsinə vasitəçilik edib. Digər tərəfdən yaxın tarixdə Bakıda Amerika və Rusiya hərbi elitasının yüksək rütbəli şəxsləri görüşüb. Ona görə də hesab edirəm ki, İsrail və İranin Azərbaycanın vasitəçiliyi ilə danışıqlara başlamasına beynəlxalq birlik, dünya ölkələri də tərəfdar olmalı və bu istiqamətdə fəallıq nümayiş etdirməlidirlər".

Süleyman
Избранный
20
newscenter.az

1Источники