''Fənərbaxça''dan ayrılaraq sərbəst futbolçuya çevrilən Edin Cekonun yeni klubu bəlli olmaq üzrədi.
İtaliya mətbuatının iddiasına görə təcrübəli bosniyalı forvard ''Fiorentina'' ilə bütün məsələlərdə şifahi razılıq əldə edib. 39 yaşlı forvard yeni klubunda illik 2 milyon avrodan əlavə bonuslar da qazanacaq. Son detalların razılaşdırılmasının ardından transferin ən qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir.
Qısaca qeyd edək ki, daha öncə ''Volfsburq'', ''Mançester Siti'', ''Roma'', ''İnter'' kimi klublarda top qovan Ceko son iki mövsümü Türkiyədə keçirmişdi. O, ''Fənər''də 99 rəsmi oyunda forma geyərək aktivinə 46 qol, 14 məhsuldar ötürmə yazsa da, Türkiyə macərasını titulsuz başa vurmalı oldu.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта