RU

AZAL ilə “Uzbekistan Airways” arasında yeni kod-şerinq müqaviləsi imzalandı

BAKI, 16 iyun. TELEQRAF

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Özbəkistanın milli aviadaşıyıcısı “Uzbekistan Airways” arasında yeni kod-şerinq müqaviləsi imzalanıb.

AZAL-dan Teleqraf-a verilən məlumata görəiki aviaşirkət arasında əməkdaşlıq çərçivəsindətərəflərə birgə uçuşlar təşkil etmək, qarşılıqlı reyslərdə öz aviaşirkət kodları ilə bilet satışı aparmaq, sərnişinlərə isə daha geniş marşrut və seçim imkanı təqdim etmək hüququ verir.

Həmçinin sərnişinlər Bakı–Daşkənd və Daşkənd–Bakı istiqamətində səyahət edərkən həftədə həyata keçirilən doqquz birgə uçuş arasında ən uyğun variantı seçə biləcəklər. Bu, hər iki şəhər arasında uçuşların rahatlığını və əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq.

Eyni zamanda müqavilə tranzit sərnişinlər üçün də yeni imkanlar yaradır. Bakı və Daşkənd beynəlxalq hava limanları üzərindən daha geniş bağlantılar təmin edilməklə sərnişinlər üçün beynəlxalq marşrutlara çıxış daha əlverişli olur.

Bundan başqa, “Uzbekistan Airways” sərnişinləri artıq Özbəkistanın ikinci böyük turizm və mədəniyyət mərkəzi olan Səmərqənddən “Azərbaycan Hava Yolları”nın Bakı–Səmərqənd–Bakı marşrutu üzrə təqdim etdiyi rahat uçuşlardan istifadə edə biləcəklər.

Избранный
22
teleqraf.com

1Источники