RU

“ABŞ-nin qorxusundan heç kim İsrailə qarşı çıxa bilməz” –Qüdrət Həsənquliyev

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İsrailin İrana genişmiqyaslı hücumunun regionda yaratdığı vəziyyət, münaqişənin genişlənmə perspektivi, İranda hakim rejimin dəyişmə ehtimalı və bu ətrafda digər mövzularla bağlı “AzPolitika”-nın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:

– ABŞ-İran arasında nüvə danışıqları yekunlaşmamış İsrailin İrana hücum etməsi Vaşinqton və Tehran arasında ilkin razılaşma ehtimalı ilə bağlı ola bilərdimi? Çünki İsrail əvvəldən bu danışıqların əleyhinə idi.

– ABŞ-nin razılığı olmasa, İsrail heç vaxt İrana hücum etməzdi. ABŞ istəyirdi ki, İran öz atom elektrik stansiyaları üçün zənginləşdirilmiş uranı xaricdən alsın. İran isə özü bu yanacağı istehsal etmək istəyirdi və buna görə ABŞ ilə razılığa gələ bilmirdi. Ona görə də İrana zərbələr endirildi.

– Əməliyyatlar bir neçə gündür davam etdirilir. Bu günə olan nəticələr nədən xəbər verir?

– İran texnoloji baxımdan İsraildən geri qalır. İsrail daha müasir silahlara malikdir və İranda ciddi casus şəbəkəsi qurub. ABŞ da İsrailə silah və kəşfiyyat məlumatları verir. İranın bu savaşda qalib gəlmək imkanları çox azdır. İran daxilində rejimi dəyişmək üçün İsrailə dəstək verən böyük güclər var. Həm də ABŞ görsə ki, İran İsrailə ciddi ziyan vurur, o halda İsrailə daha böyük hərbi dəstək verəcək.

– İsrail bildirir ki, məqsədlərinə çatana qədər davam edəcəklər. Məqsədlərə isə İranın hərbi qüdrətini, nüvə potensialını məhv etmək, hakim rejimi devirmək daxildir. Bir neçə həftəyə bu məqsədə nail ola bilərlərmi?

– ABŞ kömək etsə və mülki infrastruktur sıradan çıxarılsa, mövcud rejimin hakimiyyəti qoruyub saxlaması çətin olacaq. Amma ABŞ-nin hakimiyyət dəyişikliyində maraqlı olması görünmür. ABŞ-ı İrandakı rejimin sərtliyi yox, onlara tabe olmaması narahat edir. ABŞ İrandakı rejimdən on dəfələrlə sərt monarxiyalarla qardaşlıq edir. İndiki rejim boyun əyib bütün şərtləri qəbul etsə, ABŞ-nin tam dəstəyinə sahib olacaq.

Избранный
12
1
azpost.info

5Источники