RU

Minimum əməkhaqqının artım faizi AÇIQLANDI

ain.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə 2025-ci ilin ilk 5 ayı üzrə inflyasiya göstəricisi TÜİK tərəfindən 15,09 faiz olaraq açıqlanıb. 

News24.az xəbər verir ki, iyunun nəticələri ilə bu rəqəmin 17-18 faiz aralığına yüksələcəyi gözlənilir. Yekun faiz göstəricisi SSK və BAĞ-KUR təqaüdçülərinin alacağı maaş artımını da birbaşa təsir edəcək.

Hazırda ən aşağı təqaüd məbləği 14 min 469 TL-dir. Bu məbləğin 17 min TL-yə qədər artırılması gündəmdə olsa da, "kök maaşı" bu səviyyənin altında olan təxminən 4 milyon təqaüdçünün bu artımdan birbaşa faydalana bilməyəcəyi bildirilir.

Ən aşağı təqaüd məbləği məsələsi sonuncu İqtisadi Koordinasiya Qurulunun (EKK) iclasında da müzakirə olunub. Artım qərarının növbəti EKK iclasında dəqiqləşməsi gözlənilir. AKP-dən verilən məlumata görə, lazımi hüquqi tənzimləmə 3 iyulda açıqlanacaq TÜFE göstəricisindən sonra Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq. Məclisin 17 iyuldan sonra tətildə olacağı nəzərə alınaraq, tənzimləmənin bu tarixdən əvvəl qəbul edilməsi planlaşdırılır.

2025-ci ilin əvvəlində 22 min 104 TL olaraq təyin edilən minimum əmək haqqının artırılıb-artırılmayacağı da müzakirə olunur. İqtisadi idarəetmə, yalnız ciddi inflyasiya fərqləri olduğu təqdirdə ara artımın nəzərdən keçiriləcəyini bildirir. Prezident Rəcəb Tayyib Ərdoğan da bu ehtimala qapını tamamilə bağlamayıb.

Aqil

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
news24.az

2Источники