RU

Rusiyada sürücü yol polisini avtomobillə asfaltda sürüdü - VİDEO

BAKI, 16 iyun. TELEQRAF

Ötən gecə Rusiyanın Zlatoust şəhərində insident baş verib. Hadisə zamanı sərxoş sürücü yol polisi əməkdaşını avtomobili ilə bir neçə dəqiqə yol boyunca sürüyüb.

Teleqraf xəbər verir ki, yol polisi asfalt üzərinə yıxılaraq xəsarət alıb.

Görüntülərdə polis əməkdaşının avtomobilin qapısından yapışdığı, sürücünün isə hərəkətini davam etdirdiyi açıq şəkildə görünür.

Məlumata görə, hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o, 27 yaşlı Başqırdıstan sakini olub və hadisə zamanı sərxoş vəziyyətdə olub.

İlkin araşdırmalara əsasən, yol polisi əməkdaşı nəqliyyat vasitəsini qayda pozuntusuna görə saxlayıb və sürücünün sərxoş olduğunu müəyyən edib. Bu zaman sürücü qəfildən avtomobilə əyləşərək qaçmağa cəhd göstərib. Yol polisi onu saxlamağa çalışsa da, sürücü qəsdən sürəti artıraraq onu avtomobillə birlikdə asfalt boyunca sürüyüb. Cinayətkar sonradan avtomobili saxlayıb və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
30
50
teleqraf.com

10Источники