Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, rəsmi Ankara hərbi gərginliyi dayandırmaq üçün ciddi diplomatik səylər ortaya qoyur. Ərdoğan bu məqsədlə müxtəlif ölkələrin liderləri ilə danışdığını da diqqətə çatdırıb.