"Qızıl Top" mükafatına namizədlər siyahısında ilk pillənin sahibi dəyişib.
Offsideplus.az "TNT Sports"a istinadən xəbər verir ki, daha öncə Usman Dembelenin lideri olduğu siyahıya artıq Vintinya başçılıq edir. Portuqaliya milli komandası və PSJ-nin yarımmüdafiəçisi 2024-25 mövsümündə Çempionlar Liqası, Fransa Liqa 1, Fransa Kuboku və Superkubokunu qazanıb, yığma ilə Millətlər Liqasının qalibi olub.
Siyahıda ikinci yerdə Usman Dembele, 3 və 4-cü yerlərdə isə müvafiq olaraq "Barselona"dan Lamin Yamal və Rafinya qərarlaşıb.
Qeyd edək ki, "France Football" nəşri tərəfindən təqdim olunan "Qızıl Top" mükafatı 2024-cü il 1 avqust - 2025-ci il 31 iyul tarixlərini əhatə edəcək.