Zaqatalada 5 yaşlı uşaq “KamAz”ın altında qalaraq ölüb.
Referans-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, Muxax kənd sakini 5 yaşlı Elman Məcid oğlu Sulxayev “KamAz” markalı maşının altında qalıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта