RU

İran təcili danışıqlara başlamalıdır - Tramp

İran danışıqlarda maraqlı olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə G7 sammiti çərçivəsində keçirilən görüşü zamanı deyib.

Onun sözlərinə görə, Tehran belə bir təşəbbüslə daha əvvəl çıxış etməli idi:

"Danışıqlar aparmaq istərdilər, amma bunu 60 gün bitməmiş etməli idilər. Onların 60 günü var idi, 61-ci gündə dedim: aramızda heç bir razılaşma yoxdur. Onlar razılığa gəlməlidirlər və bu, hər iki tərəf üçün ağrılıdır. Amma mən deyərdim ki, İran bu müharibədə qalib gəlmir və onlar danışıqlara başlamalıdırlar – və bunu çox gec olmadan indi edin”.

ABŞ-ın münaqişəyə hərbi müdaxiləsinə hansı şərtlərin səbəb ola biləcəyi ilə bağlı aydınlaşdırıcı sualı cavablandıran prezident təfərrüatları açıqlamaqdan imtina edib:"Mən bu barədə danışmaq istəmirəm".

Musavat.com

Избранный
19
4
musavat.com

10Источники