"Latsio" 37 yaşlı ispaniyalı vingeri Pedro Rodrigeslə müqavilə yeniləyib.
Fanat.Az Roma klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
2021-ci ildən formasını geyindiyi İtaliya təmsilçisində 176 matça çıxaraq 34 qolla yadda qalıb.
Pedro "Barselona"nın yetirməsidir. O, Kataloniya klubunda 20 titul qazanıb.