AZ

Paytaxt klubu 37 yaşlı ispanla müqavilə yenilədi

"Latsio" 37 yaşlı ispaniyalı vingeri Pedro Rodrigeslə müqavilə yeniləyib.

Fanat.Az Roma klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.

2021-ci ildən formasını geyindiyi İtaliya təmsilçisində 176 matça çıxaraq 34 qolla yadda qalıb.

Pedro "Barselona"nın yetirməsidir. O, Kataloniya klubunda 20 titul qazanıb.

Seçilən
19
1
fanat.az

2Mənbələr