RU

Rəşad Sadıqov üç nəfərə icazə verdi ki...

“Zirə” növbəti mövsümün hazırlıqlarına start verib.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi iyunun 14-də Zirə İdman Kompleksinin stadionunda bir araya gəlib.

Futbolçular öncədən təyin olunmuş plan üzrə növbəli şəkildə kollektivə qoşulmaqdadır.

Azərbaycan millisinin sıralarında olduqları üçün dincəlmək imkanından məhrum olan futbolçulara bir neçə günlük əlavə istirahət imkanı yaradılıb.

Aydın Bayramov, İsmayıl İbrahimli və Ceyhun Nuriyev məşqlərə iyunun 20-dən başlayacaq.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “qartallar” mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq ki, ilk oyun iyulun 24-də, cavab qarşılaşması bir həftə sonra keçiriləcək.

“Zirə”nin rəqibinin adına iyunun 18-dəki püşkatma mərasimində aydınlıq gələcək.

HƏBİB

Избранный
21
sportinfo.az

1Источники