RU

70 nəfəri öldürməyə hazırlaşırdı, saxlanıldı – siyahıda onların da adı var

  ABŞ-da terror aktı törətməyə hazırlaşan şəxs saxlanılıb.

Bu barədə ABŞ-ın Minnesota ştatının polis idarəsi məlumat yayıb.

İlkin məlumata görə, saxlanılan 57 yaşlı Lüter Bolterin siyahısında 70 nəfərin adı olub: aralarında Minnesota qubernatoru, senatorlar, həkimlər, siyasətçilər var.

Qeyd edək ki, bir müddət əvvəl öldürülən Nümayəndələr Palatasının keçmiş spikeri Melisa Hortman və həyat yoldaşının da adı həmin siyahıda qeyd olunub.

Polisin məlumatına görə, onun avtomobilindən terror motivli sənəd tapılıb. Bolterin keçmişdə missioner və təhlükəsizlik əməkdaşı kimi çalışdığı bildirilir.

Hazırda istintaq davam edir, ABŞ mediasında hadisə “daxili terror aktı” kimi qiymətləndirilir./Globalinfo.az   


photo

Избранный
22
1
referans.az

2Источники