RU

Makrondan Pezeşkiana çağırış: Yeganə çıxış yolu budur

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa dövlət başçısı məlumat yayıb.

Makron İranın nüvə proqramı ilə bağlı vəziyyətin son dərəcə ciddi olduğunu qeyd edərək, bu problemin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini vurğulayıb.

“Prezident Pezeşkiyanı mümkün qədər tez danışıqlar masasına qayıtmağa dəvət etdim. Bu, gərginliyin azaldılması üçün yeganə çıxış yoludur. Fransa bu məqsədə nail olmaq üçün bütün səylərini göstərməyə hazırdır”, – deyə Fransa lideri əlavə edib.

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
globalinfo.az

2Источники