ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həbsdə olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu yenidən Silivridə hakim qarşısına çıxarılıb.
"Unikal" xəbər verir ki, Türkiyə mediasında İstanbulun sabiq merinin məhkəmə zalından daha bir görüntüsü yayılıb.
Onun çəki itirdiyi jurnalistlərin diqqətindən yayınmayıb. Bunun fonunda İmamoğlu, "Zəiflədim. İnsanların bədəni zəifləsin, xarakteri zəifləməsin", - deyə çıxış edib.
Qeyd edək ki, martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra, Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bildirilib ki, qərar müvəqqəti xarakter daşıyır və istintaq müddətini əhatə edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.