RU

Rusiya XİN: Rusiya vətəndaşları quru yolu ilə İrandan Azərbaycana keçə bilər

Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə quru yolu ilə İrandan Azərbaycana keçə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İranda və İsraildə olan Rusiya Federasiyası vətəndaşları ilə bağlı yaydığı məlumatda bildirilib.

Rusiya XİN Azərbaycanda karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olmasına diqqət çəkib.

Qeyd olunub ki, İran-Azərbaycan sərhədini keçmək üçün birdəfəlik icazələri almaq üçün Rusiyanın Tehrandakı səfirliyinin elektron poçtuna əvvəlcədən sorğu göndərmək lazımdır.

"Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi İran və İsraildə olan Rusiya vətəndaşlarına maksimum ehtiyatlı olmağı və şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir. Rusiya XİN bu ölkələrdə olan vətəndaşlarına hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı, foto və video çəkməməyi, insanların çox olduğu yerlərdən qaçmağı tövsiyə edib. Yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi əməl etməyə və zəruri hallarda sığınacaqlara getməyə çağırıb.

İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə quru yolu ilə ölkəni tərk edərək Azərbaycana gedə bilərlər. İsraildən qonşu Misirə (Menahem Begin/Taba keçid məntəqəsi) və ya İordaniyaya (Şeyx Hüseyn keçid məntəqəsi) səyahət edə bilərsiniz.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda qüvvədə olan karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olmasına diqqət çəkir. Astara keçid məntəqəsindən keçmək üçün Azərbaycan hakimiyyətinin birdəfəlik icazələrinin (ən azı 1-2 iş günü) razılaşdırılması üçün Rusiyanın Tehrandakı səfirliyinin [email protected] elektron poçt ünvanına rus və ingilis dillərində tam adı, doğum tarixi, ümumi vətəndaş pasportunun nömrəsi, istifadə müddəti, İrana giriş göstərilməklə, telefon nömrəsi qeyd olunmaqla müraciət etmək lazımdır", - Rusiya XİN-nin məlumatında qeyd olunub. \\APA 

Избранный
26
5
hurriyyet.az

10Источники