RU

İran dövlət televiziyası fəaliyyətini bərpa etdi

İran dövlət televiziyası İsrail tərəfindən atılan raketlə zərbəsinə məruz qaldıqdan sonra yayımını dayandırsa da, bir neçə saatdan sonra yayım bərpa edilib.

Publika.az xəbər verir ki, digər televiziya kanalları da ehtiyatda olan studiyalarda yayımlarını davam etdirirlər.

Dövlət televiziyasına düşən raket zərbəsi nəticəsində yaralanan aparıcı Səhər Emami tibbi müayinədən keçdikdən sonra studiyaya qayıdaraq canlı yayımı davam etdirib.

Избранный
37
publika.az

1Источники