BAKI, 17 iyun. TELEQRAF
ABŞ-nin müdafiə naziri Pit Heqset Yaxın Şərqi əhatə edən Mərkəzi Komandanlığa əlavə qüvvələrin ötürülməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində yazıb.
O qeyd edib: "Mən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına əlavə qüvvələrin göndərilməsini əmr etdim".
Heqset vurğulayıb ki, Birləşmiş Ştatların prioriteti Amerika qüvvələrini qorumaqdır və Yaxın Şərqə əlavə qüvvələrin ötürülməsi “regionda müdafiə hazırlığını genişləndirəcək”.