RU

Tramp hamını Tehranı təcili tərk etməyə çağırır

Tramp

ABŞ prezidenti Donald Tramp Tehranın bütün sakinlərini şəhəri dərhal tərk etməyə çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

D. Tramp qeyd edib ki, İran hakimiyyəti imzalamağa söz verdiyi müqaviləni imzalasaydı, indi baş verənlər və insanların həyatına təhlükə yaranmazdı.

"Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır!",- Tramp yazıb.

Bundan əvvəl ABŞ prezidenti İrana xəbərdarlıq etmişdi. “Ya İran nüvə sazişini imzalayacaq, ya da nəsə olacaq”,- deyə o, İslam Respublikası ilə bağlı konkret nə ola biləcəyini açıqlamayıb.

E. KAMAL
Избранный
30
reyting.az

1Источники