RU

Tramp komandasına İran rəsmiləri ilə təcili görüş tapşırığı verib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında davam edəngərginlik fonunda komandasına İran rəsmiləri ilə mümkün qədər teztəmas qurmağı tapşırıb.

Trend xəbər verirki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Tramp komandasının üzvlərinə İran rəsmiləri ilə tezlikləgörüşməyə çalışmaları barədə göstəriş verib”, – deyə məlumatdabildirilir.

Amerikalı rəsmilərlə iranlılar arasında ilk təmaslar vasitəçilərvasitəsilə artıq bazar ertəsi baş tutub.

Kanadada keçirilən G7 sammiti çərçivəsində Avropa liderləri iləsöhbətində Tramp bildirib ki, İsrail və İran arasında atəşkəsə nailolmaq məqsədilə danışıqlar aparılır. CNN qeyd edir ki, ABŞ lideriİran tərəfinin münaqişəni diplomatik yolla həll etməyə nə dərəcədəciddi yanaşdığını qiymətləndirməyə çalışır.

Избранный
16
2
az.trend.az

3Источники