RU

Çin İsraildəki vətəndaşlarını ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Çinin Tel-Əvivdəki səfirliyi WeChat hesabında ölkədəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.

Xəbərdarlıqda "Hazırkı İsrail-İran münaqişəsi kəskinləşməkdə davam edir. Mülki obyektlərə ziyan dəyir, mülki əhali arasında itkilər artır və təhlükəsizlik vəziyyəti daha da pisləşir" deyə diqqətə çatdırılıb.

Səfirlik vətəndaşlara İsrailin hava məkanı bağlı olduğu üçün İordaniya sərhədindəki gömrük qapılarından quru yolu ilə çıxmağı tövsiyə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
icma.az

1Источники