RU

İtaliyada məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi qadağan edilib

Roma, 17 iyun, AZƏRTAC

İtaliyada ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin mobil telefonlardan istifadə etməsi qadağan olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın təhsil naziri Cüzeppe Valditara qərar imzalayıb.

Qərara əsasən, yeni tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin dərs zamanı və ümumilikdə məktəb vaxtı mobil telefondan istifadəsi qadağan edilib. Yalnız müstəsna hallarda əlilliyi və ya xüsusi öyrənmə çətinliyi olan şagirdlərin mobil telefondan istifadə etməsinə icazə veriləcək.

Qeyd edək ki, əvvəllər bu qadağa yalnız ibtidai sinif şagirdlərinə şamil olunurdu.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
9
9
azertag.az

10Источники