Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Pxenyana səfər edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Şoyqunun KXDR lideri Kim Çen Inla görüşü gözlənilir.
Bu Şoyqunun KXDR-ə artıq son üç ayda üçüncü səfərdir.
Son dəfə Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə iyunun 4-də səfərdə olub.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi martın 21-də KXDR-ə səfər edib.