RU

İsraildə yaşayan Çin vətəndaşlarına XƏBƏRDARLIQ: "Ölkədən çıxın”

Çinin İsraildəki səfirliyi bölgədə artan gərginlik fonunda rəsmi bəyanat yayaraq, Çin vətəndaşlarını İsraili mümkün qədər tez bir zamanda, xüsusilə də qurudan İordaniyaya doğru tərk etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, səfirlik bəyanatında bildirib ki, İsraillə İran arasında hərbi toqquşmaların fonunda müxtəlif şəhərlərdə hava hücumları və raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib. Bu isə əcnəbi vətəndaşlar üçün ciddi təhlükə yaradır.

Qeyd olunub ki, İsraildəki beynəlxalq hava limanlarında yüklənmə və uçuşların təxirə düşməsi səbəbilə alternativ yollar axtaran Çin vətəndaşları üçün ən təhlükəsiz marşrutlardan biri quru yolla İordaniyaya keçiddir.

Səfirlik vətəndaşlara şəxsi təhlükəsizliklərinə xüsusi diqqət yetirməyi, mümkün qədər ictimai yerlərdən uzaq durmağı və səfirliyin təlimatlarına ciddi şəkildə əməl etməyi tövsiyə edib.

Bəyanatın sonunda Çinin İsraildəki diplomatik nümayəndəliyi vətəndaşlara yardım üçün 24 saat fəaliyyət göstərən qaynar xəttin də yaradıldığını bildirib.


Bizim.Media

Избранный
28
1
bizim.media

10Источники