RU

Türkiyədə yalnız Azərbaycana deyil, Türkiyəyə də xəyanət edirlər

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Fransanı müdafiə edib, Azərbaycanı hədəf alanlar kimə xidmət edir…

Atalardan qalan misal var, ölmədik bu günü də gördük. Qardaş Türkiyə mediası hansı hala gəldi…

Görürsən, inana bilmirsən. Fransa təriflənir, dağın başına qaldırılır, Azərbaycan düşmən kimi təqdim edilir.Əslində nə baş verir…Azərbaycanı İsrail-Fələstin, İsrail-İran münaqişəsinə görə ittiham edən, bəzən az qala bu münaqişələrin törədicisi kimi göstərməyə çalışan bir sıra Türkiyə media qurumları əslində Türk dünyasının birliyinə qarşı çıxırlar. Bəs bu informasiya savaşı kimin xeyrinə işləyir?Fransa türk düşmənidir, bunu unutmayınFransa illərdir Türkiyəyə qarşı açıq və sistemli düşmənçilik siyasəti yürüdür. Bu təkcə diplomatik sahədə deyil, hərbi, iqtisadi, ideoloji, mədəni, informasiya, demək olar ki, bütün səviyyələrdə özünü göstərir.

Fransa PKK və FETÖ terror təşkilatlarına sığınacaq verir, Türkiyənin Afrikadakı və Cənubi Qafqazdakı maraqlarına qarşı çıxır, “erməni soyqırımı” yalanını qanuniləşdirərək Türkiyəyə təzyiq göstərir, 1980-ci illərdə türkiyəli diplomatları qətlə yetirən ASALA terroruna göz yumur və s.

İndi isə həmin Fransa, guya “sülh” adı ilə İsrailin silahlarını gizlədərək diqqət çəkməyə çalışır. Və bəzi Türkiyə media qurumları bunu Azərbaycanla müqayisə edir. (//www.yeniakit.com.tr/foto-galeri/tum-turkiye-aliyeve-sitem-etmisti-azerbaycanin-yapamadigini-o-ulke-yapiyor-116266?fbclid=IwY2xjawK9LetleHRuA2FlbQIxMABicmlkETFVdWRDbkpCTlgwRjVYUExsAR4mBBwsfqqujlQvBiRtVN_JLTDbqCAif8-09mLtSk--sXMFPUcHnXuGYDdMUA_aem_CUV2kXDEklbVmWVIUTzZmA)

İyrənc və ayıb…

Azərbaycanı Fransa ilə müqayisə etmək türk düşmənçiliyidir

Azərbaycanı Fransa kimi bir ölkənin yanına qoymaq, onu İsrail-Fələstin, İsrail-İran məsələlərində “günahkar” göstərmək təkcə qeyri-ciddi deyil, bayağı bir anti-türk yanaşmadır.

Bilmək lazımdır ki, Azərbaycan, Fələstin məsələsində hər zaman İslam Əməkdaşlıq Təşkilatında ərəblərlə eyni mövqedə olub. 

Azərbaycan dəfələrlə Qəzza ilə bağlı BMT və digər platformalarda ədalətli mövqe sərgiləyib.

Azərbaycan heç vaxt İsrailin hücumlarını müdafiə etməyib,  amma suveren hüququ olaraq diplomatik balansını qoruyub.

Və nəhayət, Azərbaycan və Türkiyə bütün addımlarını biri-birilə razılaşdırıb, ikitərəfli əlaqələrin ruhuna uyğun hərəkət edirlər.

Bu yazılar Azərbaycana deyil, Türkiyəyə xəyanətdir

Bu cür yazılar yazan və yayan media qurumları, əslində Türkiyənin milli maraqlarına da qarşı çıxırlar. Türkiyədə Türkiyəyə xəyanət edirlər.

Şuşa Bəyannaməsi, yəni Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi onların hədəfindədir.

Türk Dövlətləri Təşkilatının güclənməsi onların narahatlıq mövzusudur.

Türk dünyasının birliyi, iqtisadi və mədəni yüksəlişi onların qorxusudur.

Bunlar bilərəkdən və ya bilməyərəkdən erməni ritorikasını, fransız maraqlarını və Qərbin Türk Dünyasını parçalama strategiyasını dəstəkləyirlər. Əslində isə nə etdiklərini bilirlər.

Bu media qurumları kimə xidmət edir?

Azərbaycanı bu şəkildə hədəf alan media qurumlarının əksəriyyəti Türkiyədə bəzi yüksək səviyyəli çevrələrlə yaxınlığı ilə tanınır. Bu isə onları daha da təhlükəli edir. Çünki bu, sadəcə “bir yazı” deyil, bu, dövlət siyasətinə zidd təbliğatdır.

Əgər bu qurumlar doğrudan da Türkiyənin tərəfdarıdırsa, niyə Azərbaycanı hədəf alır, niyə Fransa kimi az qala düşmən bir ölkəni “vicdan nümunəsi” kimi təqdim edirlər?

“İslam”, “milli” maskası xainliyin və alçaqlığın nümunəsidir

Azərbaycanı İsrailin yerinə qoyub, onun diplomatik mövqeyini təhrif edənlər bilməlidirlər ki, onlar sadəcə Azərbaycana yox, Türkiyəyə, Türk dünyasına və Türk gələcəyinə qarşı çıxırlar.

Türkə düşmən olan Fransanı dost göstərmək gülüncdür.

Qardaş olan Azərbaycanı şübhə altına almaq ləyaqətsizlikdir. 

Bu mövqeləri cəmiyyətə “islami”, “milli” maskası ilə sıramaq xainliyin və alçaqlığın nümunəsidir. 

Türkiyəyə çağırış,  ayıq olaq…

Türkiyə ictimaiyyəti, mediası, aydınları, ziyalıları və dövlət adamları bu məsələyə susmamalıdır. Belə media qurumlarına açıq mövqe bildirilməli, Azərbaycan-Türkiyə qardaşlığına ləkə yaxmaq istəyənlər ifşa olunmalıdır.

Unutmasınlar, Azərbaycana atılan daş, Türkiyəyə dəyir və əksinə Türkiyəyə olan təhdid Azərbaycana hədədir.Modern.az Təhlil Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
modern.az

2Источники