Vətəninfo.az xəbər verir ki, İsrail hökumətinin keçmiş sözçüsü Eylon Levi Euronews telekanalına müsahibəsində deyib: “Biz İsrailin hərbi əməliyyatının ən azı bir neçə həftə davam edəcəyini gözləyirik, çünki İran rejiminin nüvə proqramı çox böyükdür”.
İsrailin baş naziri Benyamin Netanyahu cümə günü səhər saatlarında həyata keçirilən hava hücumlarında İsrail qüvvələrinin İranın nüvə, raket və hərbi obyektlərini hədəf aldığını və bu əməliyyatın İran təhlükəsini azaltmaq məqsədi daşıdığını açıqlayıb.
İsrailin keçmiş sözçüsü Eylon Levinin sözlərinə görə, İsrailin hazırkı əməliyyatı gözlənildiyindən daha uzun sürə bilər.
“Biz İsrailin hərbi əməliyyatının ən azı bir neçə həftə davam edəcəyini gözləyirik, çünki İran rejiminin nüvə proqramı çox böyükdür”, – Levi Euronews-a deyib.
“Unutmayaq ki, İran rejimi bir və ya iki reaktor tikib və onlardan tibbi izotoplar və ya mülki enerji istehsalı üçün istifadə etməyib. Onlar öz obyektlərini əsasən yerin altında inşa ediblər. Fordo obyekti dağın altında yerləşir, çünki bu proqram nüvə silahı istehsalının bir hissəsidir”, – o əlavə edib.