RU

Kiyevdə Rusiya zərbəsi nəticəsində azı 14 nəfər həlak olub

Kiyevdə (Ukrayna) Rusiyanın endirdiyi hava zərbələri nəticəsində azı 14 nəfər həlak olub.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.

 

"İlkin məlumata görə, Kiyevdə artıq 14 nəfər həlak olub. Məlumat dəqiqləşdiriləcək", - o vurğulayıb.

 

T.Tkaçenkonun sözlərinə görə, Ukraynanın paytaxtı növbəti ağır gecəni yaşayıb. Hazırda zərbə yerində operativ xidmətlər işləyir.

 

"İndi zərbələrdən birinin yerindəyəm. Xilasedicilər, tibb işçiləri, polis, könüllülər. Hamı ehtiyacı olanlara kömək etmək və xilas etmək üçün maksimum əlaqəli şəkildə hərəkət edir. Bu gün yanımızda olan hər kəsə təşəkkür edirəm", - o bildirib.

Избранный
5
3
sfera.az

4Источники