RU

AL: "Sabah"ın rəqibi müəyyənləşir - YENİLƏNİR

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Sabah"ın da rəqibi bəlli olacaq.

16 komandanın mübarizəyə qoşulacağı birinci təsnifat mərhələsinin iştirakçıları artıq səpələnmişlər və səpələnməmişlər səbətinə bölünüb. Səpələnməmişlər səbətində yer alan “Sabah”ın potensial rəqibləri "Hapoel Beer Şeva” (İsrail), "Şaxtyor Donetsk” (Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Rumıniya), "Spartak Trnava" (Slovakiya), "Selye" (Sloveniya) və “Şerif” (Moldova) komandalarından biri olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər: 

“Hapoel Beer Şeva” (İsrail)
"Şaxtyor Donetsk” (Ukrayna)
“Partizan” (Serbiya)
“Legiya” (Polşa)
ÇFR (Rumıniya)
"Spartak Trnava" (Slovakiya)
"Selye" (Sloveniya)
“Şerif” (Moldova)

Səpələnməmişlər:

“Paksi” (Macarıstan)
“Levski” (Bolqarıstan)
“Aktobe” (Qazaxıstan)
“İlves” (Finlandiya)
"Sabah" (Azərbaycan)
“Priştina” (Kosovo)
AEK Larnaka (Kipr)
"Haken" (İsveç) 

Qeyd edək ki, "Sabah" ilk oyununu iyulun 10-u, cavab görüşünü isə iyulun 17-də keçirəcək.

Избранный
24
3
fanat.az

10Источники