RU

Bu NATO ölkəsindən şok addım: HHM sistemlərini işə saldı, qırıcıları qaldırdı

Polşa hərbçiləri iddia edilən Rusiya fəaliyyətini əsas gətirərək hava hücumundan müdafiə sistemini işə salıb və təyyarələri havaya qaldırıb

Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı məlumat yayıb.

Həmçinin müttəfiq aviasiyasının da iştirak etdiyi, hava hücumundan müdafiə və radar kəşfiyyat sistemlərinin həyəcan vəziyyətinə gətirildiyi bildirilib.

“Silahlı Qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, ona tabe olan qüvvələr və bölmələr dərhal reaksiya verməyə tam hazır vəziyyətdədir”, - komandanlığın mətbuat xidmətinin “X” sosial şəbəkəsində dərc etdiyi məlumatda deyilir.

Избранный
16
publika.az

1Источники