RU

Yevlaxda evdə kişi meyiti aşkarlandı

YEVLAX, 17 iyun. TELEQRAF

Yevlaxda yaşayış evində kişi meyiti aşkar edilib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, 1966-cı il təvəllüdlü Natiq Əliyevin meyiti rayonun Mal Binəsi kəndində yaşayış evində tapılıb.

Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Избранный
11
2
teleqraf.com

3Источники