RU

Beyl İngiltərədə klub sahibi olacaq?

"Real"ın sabiq futbolçusu Qaret Beyl "Plimut" klubunun şərikli sahibinə çevrilə bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, uelsli keçmiş futbolçu ABŞ-a məxsus özəl investisiya qrupunun "Plimut"u alması layihəsində əsas sima kimi seçilib. Beyl klubda Luka Modriçin "Suonsi"də tutduğu vəzifəyə bənzər bir rola sahib ola bilər.

Bir neçə mənbə təsdiqləyib ki, Beyllə əməkdaşlıq edən amerikalı investorlar hazırda klub üzərində tam nəzarət əldə etmək üçün danışıqlar aparırlar.

Son illərdə ABŞ-dan olan investorlar məşhur simalarla tərəfdaşlığa üstünlük verərək İngiltərə klublarını almağa can atırlar. Məsələn, NFL əfsanəsi Tom Bredi "Birmingem"in, ABŞ-lı qolfçular Cordan Spiyet və Castin Tomas isə "Lids"in səhmdarları olub.

Избранный
12
publika.az

1Источники