İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələri Natanzdakı nüvə obyektinə hədəflənmiş İsrailin pilotsuz uçuş aparatını (PUA) İsfahan vilayətinin Kaşan şəhəri üzərində vurub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Əkbər Salehi məlumat verib.
"Pilotsuz uçuş aparatı bu gün səhər saatlarında SEPAH-ın Hava-Kosmik Qüvvələrinin “Sevom-e Khordad” zenit-raket kompleksi tərəfindən zərərsizləşdirilib", - ISNA agentliyi Ə.Salehidən sitat gətirir.