RU

Belarus XİN-dən Azərbaycana minnətdarlıq mesajı


Belarusun 23 vətəndaşı iyunun 16-da İrandan təxliyə edilib. Bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidməti məlumat verib. "Belarus vətəndaşlarının iki qrupu (ümumilikdə 23 nəfər) iyunun 16-da İran İslam Respublikasından uğurla çıxıblar. Belarus vətəndaşları ilə birlikdə İranı üç Rusiya vətəndaşı da tərk edib", - məlumatda vurğulanıb.

Belarus xarici siyasət idarəsi vətəndaşlarının təxliyəsi üçün yaradılmış şərait və imkana görə Azərbaycan və iranlı tərəfdaşlarına minnətdarlıq ifadə ediblər.

Mətləb Salahov

Избранный
2
9
baki-xeber.com

10Источники