RU

Çin vətəndaşlarına xəbərdarlıq etdi: Bu ölkəni tərk edin

Çinin Təl-Əvivdəki səfirliyi rəsmi “WeChat” hesabında ölkədəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.

Publika.az xəbər verir ki, İsrail və İran arasında artan münaqişə təhlükəsizlik vəziyyətini pisləşdirdiyi üçün Çin öz vətəndaşlarına İsraili tərk etmələri gərəkdiyini bildirib.

"Hazırki İsrail-İran münaqişəsi kəskinləşməkdə davam edir. Mülki obyektlərə ziyan dəyir, mülki əhali arasında itkilər artır və təhlükəsizlik vəziyyəti getdikcə pisləşir", - xəbərdarlıqda qeyd edilib.

Səfirlik vətəndaşlara İsrailin hava məkanı bağlı olduğu üçün İordaniya sərhədindəki sərhəd keçid məntəqələrindən quru yolu ilə getməyi tövsiyə edib.

Избранный
17
1
publika.az

2Источники