RU

İyunun 16-da ölkədə 42 cinayət açılıb, 33 şübhəli saxlanılıb

Finss.az - İyunun 16-da Azərbaycan ərazisində 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 36 nəfərdən, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanaraq aidiyyəti qurumlara təhvil verilib.

Eyni zamanda, narkotiklərlə bağlı 19, qanunsuz silah-sursatın aşkarlanması ilə bağlı isə 14 fakt müəyyən olunub. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər polis tərəfindən saxlanılıb.

Избранный
14
14
fins.az

10Источники