RU

Azərbaycanda 2 komandaya texniki məğlubiyyət verildi

AFFA Gənclər Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin bu gün çıxardığı qərarda bildirilib.

AFFA U-17 Liqasında keçirilməli olan “Turan Tovuz” – “Dinamo” oyunu qonaqların nəzərdə tutulmuş vaxtda meydanda olmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Dinamo”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-12 Liqasında keçirilməli olan “Kürdəmir” – “İsmayıllı” matçı isə meydan sahiblərinin nəzərdə tutulmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə “Kürdəmir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Избранный
4
10
idmanxeber.az

10Источники