RU

"Qəbələ" klubu yay hazıqlıq planını açıqlayıb

“Qəbələ” futbol klubunun yay hazırlıq planı bəlli olub.

Bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, komanda iyunun 30-da Qəbələdə təlim-məşq toplanışına başlayacaq.

Hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-da və 14-də baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim-məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyunun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik məlum deyil.

“Cebheinfo.az”

Избранный
2
17
cebheinfo.az

10Источники