RU

Beynəlxalq Enerji Agentliyi qlobal neft təklifi üzrə proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu azaldıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, bu il gündəlik qlobal neft tədarükü 0,72 mln. barel artaraq 103,76 mln. barel təşkil edəcək (öncəki proqnoz – 103,9 mln. barel)

Hesabatda qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft tələbatının artım tempinin 0,74 mln. barel olacağı ehtimal olunur.

Избранный
6
2
apa.az

6Источники