Qanunsuz olaraq vətəndaşının evini sökməkdə təqsirləndirilən "Pilot-16" MMC-də iş icraçısı Əlisahib Əzizov kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Day.Az xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Əlisahib Əzizova yaşayış yerini tərk etməmək şərtilə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Qeyd edək ki, Nəsmi Rayon Məhkəməsinin hökmünə əsasən, Əlisahib Əzizov 4 il müddətə şərti azadlıqdan məhrum etsə də, Bakı Apellyasiya Məhkəməsi Əlisahib Əzizovun 4 il müddətə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
O, cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma), 186.2.2 (Özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.