RU

Ağdamda 35 min hektara yaxın ərazi minalardan təmizlənib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdamın Sarıcalı kəndinə "Böyük Qayıdış" planına uyğun olaraq, əhalinin köçürülərək məskunlaşması prosesi başlayıb. Birinci mərhələdə biz Sarıcalı kəndinin ərazisinii minalardan təmizləmişik. İkinci mərhələ kimi, Sarıcalı kəndinin ətrafında kənd təsərrüfatı təyinatlı torpaqlar təmizlənməlidir ki, kənd əhalisi burada çalışa bilsin.

APA xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Qeyd olunub ki, Sarıcalı kəndi keçmiş təmas xəttinə düşən ərazilərdən biridir. Burda təxminən 30 il ərzində minalanma baş verib: “Burada həddindən artıq mənalarla çirklənmə var. Amma bizim qüvvələr burada kifayət qədər uğurla çalışırlar. Hazırda "SARICALI 008" sahəsində işlər yekunlaşmaq üzrədir. Yekunlaşdıqdan sonra, növbəti əraziyə keçid olacaq. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra, Ağdam rayonu üzrə 35 min hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib”.

Qeyd olunub ki, minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün rayonlarda, o cümlədən Qazax rayonunda da icra olunur. Bu günədək 206 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan tamamilə təmizlənib və 199 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
3
apa.az

4Источники