RU

İstanbulda keçirilən beynəlxalq konqresdə Azərbaycanın elm və təhsil sahəsi üzrə təcrübəsi paylaşılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbul, 17 iyun, Günel Karatepe, AZƏRTAC

Bu gündən İstanbulda “Qlobal Dayanıqlı İnkişaf” mövzusunda beynəlxalq konqres işə başlayıb.

AZƏRTAC xəbər verir ki, İstanbul Konqres Mərkəzində “Times Higher Education” qlobal reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 5000-dən artıq nümayəndə iştirak edir.

Ölkəmiz tədbirdə elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eləcə də aparıcı ali təhsil müəssisələrimizin rəhbərlərindən ibarət nümayəndə heyəti və “Azərbaycan pavilyonu” ilə təmsil olunur.

Tədbirin rəsmi açılışı çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təcrübəsinə həsr olunmuş müzakirədə iştirak edib.

“Times Higher Education” reytinq agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Batinin moderatorluğu ilə “Qlobal sammitdən milli strategiyaya – COP29 prinsiplərinin ali təhsildə tətbiqi” mövzusunda baş tutan paneldə əsas çıxışçı qismində iştirak edən nazir ali təhsil müəssisələrimizin fəaliyyətində dayanıqlı inkişafın təşviqi istiqamətində görülən işlər barədə danışaraq iqlim dəyişikliyi ilə mübarizədə keyfiyyətli təhsilin bütün səviyyələrə inteqrasiyasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

O, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, müvafiq istiqamətdə qlobal tərəfdaşlıqların qurulması və beynəlxalq miqyasda tanınmanın artırılması kimi məsələlərə toxunub.

Nazir Emin Əmrullayev, həmçinin Azərbaycanın COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə elm və təhsilin rolu mühümdür və orta təhsil səviyyəsindən ali təhsil proqramınadək iqlim mövzuları Azərbaycanın təhsil proqramına daxil edilib.

Konqres davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
3
azertag.az

4Источники