AZ

Azərbaycan İstanbulda “Qlobal Dayanıqlı İnkişaf” konqresində iştirak edir

Azərbaycan İstanbulda “Qlobal Dayanıqlı İnkişaf” konqresində iştirak edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, “Times Higher Education” qlobal reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın 100-ə yaxın ölkəsindən 5000-dən artıq nümayəndə iştirak edir.

Ölkəmiz tədbirdə elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, və aparıcı ali təhsil müəssisələrimizin rəhbərlərindən ibarət nümayəndə heyəti və “Azərbaycan pavilyonu” ilə təmsil olunur.

“Qlobal sammitdən milli strategiyaya – COP29 prinsiplərinin ali təhsildə tətbiqi” mövzusunda baş tutan paneldə əsas çıxışçı qismində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrimizin fəaliyyətində dayanıqlı inkişafın təşviqi istiqamətində görülən işlər barədə danışaraq iqlim dəyişikliyi ilə mübarizədə keyfiyyətli təhsilin bütün səviyyələrə inteqrasiyasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.

O, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, müvafiq istiqamətdə qlobal tərəfdaşlıqların qurulması və beynəlxalq görünürlüyün artırılması kimi məsələlərə toxunub.

Nazir onu da xatırladıb ki, iqlim dəyişikliyi ilə mübarizədə elm və təhsilin rolu mühümdür və orta təhsil səviyyəsindən ali təhsil proqramınadək iqlim mövzuları Azərbaycanın təhsil proqramına daxil edilib.

Seçilən
0
3
apa.az

4Mənbələr