AZ

“Veysəloğlu” BMT-nin Qlobal Sazişinə qoşuldu



Azərbaycanın gündəlik istehlak malları (FMCG) sektorunda aparıcı şirkətlər qruplarından biri olan Veysəloğlu Şirkətlər Qrupu, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) rəsmi şəkildə qoşulub. Bununla da “Veysəloğlu” FMCG sektorunda bu təşəbbüsə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu.

Newscenter.az xəbər verir ki, rəsmi imzalanma mərasimi şirkətin Bakıdakı mərkəzi inzibati ofisində baş tutub.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov, rəhbər heyət və korporativ dayanıqlılıq üzrə məsul olan direktorlar iştirak ediblər.

Bu təşəbbüsə qoşulmaqla “Veysəloğlu” ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və şəffaf idarəetmə sahəsində fəaliyyətlərini BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) və 10 universal prinsip əsasında daha da təkmilləşdirməyi hədəfləyir.

“Veysəloğlu”nun təsisçisi Aydın Talıbov tədbirdə çıxış edərək bu addımın şirkət strategiyasına tam uyğun olduğunu qeyd edib:

“Biz bu gün sadəcə bir sənədə imza atmırıq – biz gələcək nəsillər üçün daha ədalətli, etik və davamlı biznes mühiti yaratmağı hədəfləyirik. Korporativ mədəniyyət, ətraf mühitə məsuliyyətli yanaşma, şəffaf və ədalətli idarəetmə, həmçinin inklüziv inkişaf prinsipləri 30 illik fəaliyyətimiz ərzində bizim iş fəlsəfəmizin ayrılmaz hissəsinə çevrilib. Bu gün həmin dəyərləri qlobal səviyyəyə daşımaqda qərarlıyıq.”

BMT-nin Qlobal Saziş üzrə Azərbaycan nümayəndəsi Samir Məmmədov da çıxışında bu hadisənin sektor üçün əhəmiyyətini xüsusi vurğulayıb:

“Veysəloğlu Şirkətlər Qrupunun Qlobal Sazişə qoşulması Azərbaycanın pərakəndə sektorunda bir ilkdir. Bu qədər geniş biznes imkanlarına malik olan bir şirkətin təşəbbüsü ölkə biznes mühitində dayanıqlı inkişaf dəyərlərinin təşviqi üçün əlamətdar bir addımdır. Biz bu tərəfdaşlığı yüksək qiymətləndirir, digər şirkətləri də bu istiqamətdə təşəbbüs göstərməyə çağırırıq”.

Süleyman
Seçilən
22
5
newscenter.az

7Mənbələr